Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İSRAİLİN SƏFİRİ LƏNKƏRANA SƏFƏRƏ GƏLMİŞDİR

06 sentyabr 2016 | 16:00

Sentyabrın 6-da İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stav Lənkərana səfərə gəlmişdir.
Rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətində görüş keçirilmişdir. İcra başçısı Taleh Qaraşov səfirə Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat vermiş, iqtisadiyyatın əsasını təşkil edən tərəvəzçiliyin, çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlar barədə söz açmış, rayonun turizm potensialını diqqətə çatdırmış, xarici turizmin inkişafına diqqətin artırıldığını bildirmişdir.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini söyləmiş, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi barədə fikirlərini bölüşmüş, Lənkəranın kənd təsərrüfatında, elm, təhsil və turizm sahəsindəki potensialı ilə, rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanmışdır.
Görüş zamanı həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışıdr.
Sonda səfirə Lənkəran xalçası və çayı hədiyyə edilmişdir.
Səfər çərçivəsində cənab Dan Stav şəhərlə tanışlıq məqsədilə Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Müalicə-diaqnostika mərkəzində, “Nur-Süd” Palmali süd emalı, Lənkəran konserv zavodlarında olmuş, “Yaşıl çay” fermer təsərrüfatında çay plantasiyasına, Sütəmurdov kəndi ərazisində yeni salınmış Koreya sortlu hallobong sitrus meyvəsi plantasiyasına və Hirkan Milli Parkına və  sitrus bağlarına baxış keçirmişdir.

Keçidlər