Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA ŞURA İCLASINDA MÜHÜM MƏSƏLƏ MÜZAKİRƏ EDİLDİ

16 avqust 2016 | 16:00

Avqustun 16-da Lənkəran ŞİH başçısı yanında növbəti Şura iclası keçirildi.
İclasda “2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məsələ müzakirə edildi.
Bu mövzuda məruzə edən Lənkəran ŞİH başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev Elektrik şəbəkəsində, RQİİ-nin Lənkəran Xidmət Sahəsində, Su-kanal idarəsində, Şəhər mənzil-istismar və kommunal müəssisələr idarəsində, Mənzil təsərrüfatı idarəsində, Şəhər yaşıllaşdırma müəssisəsində, 42 saylı Yol-istismar idarəsində, İstilik sistemləri istismar sahəsində, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar idarəsində, Telekommunikasiya qovşağında, Mədəniyyət və Turizm şöbəsində, Şəhər təhsil şöbəsində, Mərkəzi Rayon Xəstəxanasında, Neft terminalı bazasında, Dəmiryol stansiyasında, Meşə mühafizəsi və bərpası müəssisəsində, “Lənkəran-Sərnişin” ASC-də və şəhərdaxili yollarda payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər barədə ətraflı məlumat verdi, bir sıra mövcud nöqsanları diqqətə çatdırdı.
Ayrı-ayrı xidmət sahələrinin rəhbərləri çıxış edərək 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışdılar, təklif və rəylərini söylədilər.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov 2016-cı ilin iş planına əsasən rayonda payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işləri qənaətbəxş qiymətləndirdi, şəhər təsərrüfatı sistemində vəziyyətin normal təşkilinin təmin olunması üçün qalan hazırlıq işlərinin də qısa müddətdə tam başa çatdırılacağına və mövcud nöqsanların aradan qaldırılacağına əminliyini ifadə etdi, noyabrın birinci ongünlüyündə Şura iclasında bu məsələnin yenidən müzakirə ediləcəyini bildirdi və sonda xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlarını verdi.
İcra başçısı, eyni zamanda, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar qarşıda duran vəzifələri bir daha diqqətə çatdırdı.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

Keçidlər