Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“GƏNC AİLƏLƏRİN CƏMİYYƏTDƏ ROLU VƏ YERİ” MÖVZUSUNDA DƏYİRMİ MASA

15 oktyabr 2012 | 15:00

Oktyabrın 13-də “Palıdlı Sahil” istirahət və turizm kompleksində Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Gənc ailələrin cəmiyyətdə rolu və yeri” mövzusunda dəyirmi masa keçirilimişdir.
Görüşü Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov açaraq sözü Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbliyə vermişdir. Millət vəkili öz çıxışında cəmiyyətin əsas təməli olan ailələrə hər cür diqqət və qayğı göstərildiyini qeyd etmişdir. Bu gün gənclər ailə qurarkən hərtərəfli düşünməlidirlər. Həyat göstərir ki, düşünülməmiş qurulan ailələrdə sonda nigahın pozulması, məişət zorakılığı, cinayətlər və digər mənfi hallar meydana gəlir ki, bu da ailələrin dağılmasına gətirib çıxarır.
Tədbirin sonunda millət vəkili Hadi Rəcəbli gəncləri maraqlandıran, narahat edən suallara cavab vermişdir.
 

Keçidlər