Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Heydər Əliyev xatirə parkında konsert proqramı təşkil olundu

13 iyul 2016 | 16:00

Yay turizm mövsümü  ilə əlaqədar Lənkəranda mədəni-kütləvi tədbirlərin keçirilməsi yeni vüsət almışdır. Bununla əlaqədar olaraq Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər planı hazırlanmış və tədbirlar planı üzrə işlər davam etdirilir. Lənkəran Mədəniyyət Mərkəzinin klub filialları təkcə iyun ayında 67 klub 100-dən çox musiqili, əyləncəli, mədəni kütləvi tədbir keçirtmişdir. Bu mədəni-kütləvi tədbirlərin əksəriyyəti istirahət mərkəz¬lə¬rində baş tutmuşdur. Lənkəran  klub müəssisələri buradakı “Palıdlı sahil”, “4 fəsil”, “Dalğa”, “Xan Lənkə¬ran”, ”Qafqaz” və “Xəzər-Palas”  istirahət mərkəzlərinə  tez-tez qonaq gedir.
       Növbəti konsert Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə iyulun 6-da Lənkəran Heydər Əliyev xatirə parkında təşkil olundu. Konsertə rayonda olan xarici turistlər də iştirak etdilər.      Konsert proqramını Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli açaraq respublikada turizmin inkişaf etdiirlməsi sahəsində görülən işlərdən və Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin keçirdiyi tədbirlərən danışdı.
Sonra konsert proqramı davam etdirildi. Mədəniyyət işçilərindən Ətayə Şəfiyeva, Nurlan Ziyadoğlu, Elşən Əsgərov, Mehman Heydərov,Qurban Nəzərov,  Məta¬nət Babayeva, Qoşqar Məmmədli, Əli Hüseynov, Günay Rzayeva, Əhməd Kərimov, Rəhim Hüseynov, Xalid və Cavid Dadaşov  qardaşları , Elgün Əlizadə, skripka ustası İlqar Əliyev, klarnetçalan İlqar Tahiroğlu, saz ustası Məmməd Nəsirli  biri-birindən maraqlı və xoş diyğular oyadan  şən mahnılar ifa etdilər. Mədəniyyət Mərkəzinin bədii qiraət ustaları Fatimə Mirzəzadə və Zümral Məmmədova    konsertin mövzusuna aid şeirlər söylədilər. Mədəniyyət Mərkəzinin “Çölləmə” və Girdəni Diyarşünaslıq Evinin “Vənəşə” rəqs ansambllarının ifa etdiyi gözəl rəqslər də konsertə əlavə rəng  qatdı. Konsertə toplanmış minə yaxın tamaşaçının sürəkli  alqışları, xüsusən də balacaların hər ifaya qoşulub rəqs etməsi bayram əhvalını yüksəldirdi. Üç saata yaxın davam  edən konset böyük atəşfəşanlıqla başa çatdı.

Keçidlər