Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İQTİSADİYYAT NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

01 iyul 2016 | 16:00

İyulun 1-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Ümumilikdə qəbula gələn 50-ə yaxın vətəndaş sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, region üçün ənənəvi sahələrin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət edib.

Keçidlər