Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyun Lənkəranda səfərdə olub

24 iyun 2016 | 16:00

Səfər çərçivəsində səfir Kim Çanq-Qyun və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə koreyalı səfirə Lənkəranın coğrafi mövqeyi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə ətraflı məlumat verilib.
Lənkəranın çayçılıq, sitrusçuluq və çəltikçilik kimi ənənəvi təsərrüfat sahələrinin yeni texnologiyalara əsaslanan, müasir marketinq qaydalarına uyğun şəkildə inkişaf etdirildiyi bildirilib.
İcra başçısı ötən ildən başlayaraq Cənubi Koreyadan gətirilən hallobonq sitrus meyvəsinin daha geniş ərazidə artırılmasından ötrü rayona yeni tinglərin gətirildiyini və bu meyvənin təkcə bazarda satış üçün deyil, həm də sənaye üsulu ilə emalı üçün Koreya texnologiyasının Lənkəranda quraşdırılmasını məqsədəuyğun olduğunu qonağın diqqətinə çatdırıb.
Öz növbəsində fikirlərini bildirən cənab Kim Çanq-Qyun xalqlarımızın eyni kökə aid olduğunu, azərbaycanlıları Orta Asiya xalqları kimi qohum xalq olduğunu xatırladıb. O,  Altay dillərində danışan xalqların eyni mədəni kökü paylaşdığını, həmçinin, xalqlarımızın uzun tarixi dövr ərzində formalaşmış zəngin mədəni irsə malik olduqlarını önə çəkmişdir. Səfir qeyd edib ki, xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlıq etməsinə baxmayaraq, bunların kifayət olmadığını qeyd edərək ümid etdiyini bildirib ki, əməkdaşlığımız mədəniyyətin bütün sahələrdə daha fəal şəkildə inkişaf etməlidir.  İl ərzində Koreyadan 3.5 - 4 minə qədər turistin Azərbaycana gəldiyini söyləyən səfir bunun az olduğunu, onun səyi ilə onların sayının 50 minə çatdırılacağına səy göstərəcəyini bildirib.
Təhsil sahəsində də layihələrə qoşulmaq fikrini bildirən səfir imkan daxilində ildə, ya da iki ildən bir Lənkərandan seçilmiş bir və ya iki tələbənin Koreyada təhsilini davam etdirmək imkanı olacağını söylədi.
Eyni zamanda Cənubi Koreya hökuməti çayçılıq, sitrusçuluq, balıqçılıq və heyvandarlıq sahələri üzrə də əməkdaşlıq etmək fikrində olduğunu bildirmişdir.
Görüşün sonunda səfir Kim Çanq-Qyuna Lənkəran sənətkarlarının əl ilə toxuduqları xalça hədiyyə edilib.
Cənubi Koreya Respublikasının səfiri Lənkəranda rayonun görməli yerlərini gəzmiş, Heydər Əliyev Xatirə Parkında, Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, Xan evində, Bayraq meydanında, “Yaşıl çay” fermer təsərrüfatında, Çay emalı fabrikində, hallobonq sitrus təsərrüfatında, Hirkan Milli parkında olmuşdur.

Keçidlər