Dərbənd Azərbaycan Teatrı Lənkəranda qastrol səfərində olub
Azərbaycanın cənub bölgəsində qastrol səfərində olan Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" əsəri əsasında hazırlanmış tamaşanı iyunun 14-də Lənkəran tamaşaçıları qarşısında nümayiş etdirib.
Lənkəran Dövlət Dram Teatrının səhnəsində tədim edilən tamaşanı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov, rayonun icra strukturlarının və ictimaiyyətin nümayəndələri izləyiblər.
Keçmiş zamanla müasir dövrün oxşarlıq və fərqiliklərini əks etdirən səhnə əsərinin quruluşçu rejissoru Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ər-toğrul Kamalovdur.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.
Rolları Dağıstanın əməkdar artisti Mahir Məlikov, Canpolat Əliyev, Dinşah Əbdulqafarov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Mədinə Hacıağayeva, Səidə Əliyeva, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Zemfira Ağabəyova ifa ediblər.