Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qurtuluş günü təntənə ilə qeyd edildi

14 iyun 2016 | 16:00

15 iyun – Milli Qurtuluş günü respublikamızın hər yerində olduğu kimi Lənkəranda da böyük təntənə ilə qeyd edildi.
Dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adını daşıyan Xatirə Parkında Ulu Öndərin abidəsi ziyarət edildi, xatirəsi dərin ehtiramla yad olundu.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əzəmətli abidənin önünə  tər güllər qoydu,  ehtiram əlaməti olaraq təzim etdi.
Sonra hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin abidəsi önünə təzə qərənfil dəstələri düzdülər.

           ***

Ümümxalq ziyarəti başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və YAP Lənkəran Şəhər Təşkilatının 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş birgə ümumrayon toplantısı keçirildi.
Toplantını giriş sözü ilə açan Lənkəran ŞİH -nin başçısı Taleh Qaraşov çıxışında
Milli Qurtuluş gününün Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində,  yaddaşında əbədi həkk olunan tarixi günlərdən biri olduğunu qeyd etdi. Natiq 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin səyi ilə daxili və xarici siyasətdə qazanılan uğurlardan, iqtisadiyyatımızın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışdı. Bu siyasi kursun  2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan İcra başçısı əlavə etdi ki, ötən dövr ərzində  respublikamızın bütün regionları, o cümlədən Lənkəran rayonu sürətlə inkişaf edərək xeyli abadlaşmış, ən müasir infrastruktur yaradılmış, təzə asfalt yollar çəkilmiş, körpülər salınmış, yeni təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilib istifadəyə verilmişdir.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini, YAP Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşovun 15 iyun Milli Qurtuluş günü münasibəti ilə məruzəsi dinlənildi.
Natiq  bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Xalqın maddi və mənəvi həyat səviyyəsi gündən-günə yaxşılaşdı. Respublikamız dünya birliyində layiqli yerlərdən birini tutdu, onun beynəlxalq nüfuzu artdı, bir sözlə, müstəqilliyimiz dönməz və əbədi oldu.
Məruzə ətrafında çıxış edənlər müstəqilliyimizin möhkəmlənməsində və əbədi olmasında Azərbaycan xalqının dahi oğlu Heydər Əlyevin müstəsna xidmətlərini xüsusi qeyd etdilər.

Keçidlər