Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ÜMUMRAYON İMƏCİLİYİ

14 oktyabr 2012 | 15:00

Oktyabrın 13-də şəhərimizdə, rayonun qəsəbə və kəndlərində iməciliklər, abadlıq-təmizlik işləri davam etdirildi.
İməcilik zamanı həmişəki kimi şəhərimizin bütün park və xiyabanlarında, prospekt, küçə və bağlarında təmizlik işləri aparıldı, abadlıq və səliqə-səhman tədbirləri görüldü, səkilər, suötürücü arxlar zibillərdən təmizləndi, bardürlər ağardıldı, yeni əkilmiş ağac və gül kolları suvarıldı, yaşayış evlərinin hasarlarına suvaqlar çəkildi, divarlar və həyət qapıları rəngləndi.
Növbəti şənbə iməciliyində ayrı-ayrı kollektivlər, bütün idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhərimizin demək olar ki, bütün prospekt və küçələrində, qəsəbə və kəndlərdə yerli sakinlər yaşadıqları ərazilərdə səliqə-səhman işlərinin görülməsində yaxından iştirak etdilər.
 

Keçidlər