LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA ŞURA İCLASI KEÇİRİLDİ
İyunun 2-də Lənkəran ŞİH başçısı yanında Şuranın iclası keçirildi.
İclasda rayonun inzibati ərazi dairələri üzrə İcra nümayəndəliklərində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması baxımından vətəndaşların qəbulunun təşkili və problemlərinin həlli sahəsində görülən işin vəziyyəti” və “İcra nümayəndəliklərində notariat və VVADQ əməliyyatlarının qanunvericiliyə uyğun aparılması vəziyyəti haqqında” məsələlər müzakirə olundu. Məsələlərlə bağlı İcra aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdən Əliyev və Hüquq şöbəsinin müdiri Fuad Əhədov məlumat verdilər və müzakirə olunan məsələlər ətrafında çıxışlar oldu.
Şuranın sədri, Lənkəran ŞİH-nin baçısı Taleh Qaraşov müzakirə olunan hər iki məsələyə münasibətini bildirdi, yerlərdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə bu sahədə mövcud çatışmazlıqları və nöqsanları qısa müddətdə aradan qaldırmaqdan ötrü aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi, əhalinin müraciətlərinə operativ və həssaslıqla yanaşılmasını, İcra nümayəndəliklərində notariat və VVADQ əməliyyatlarının qanunvericiliyə uyğun aparılmasını tövsiyə etdi.
Şura iclasında müzakirə olunan hər iki məsələyə dair qərarlar qəbul edildi.