Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi məsələləri müzakirə edilib

16 may 2016 | 16:00

16 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və Lənkəran ŞİH-nin birgə təşkilatçılığı ilə Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirildi.
Müşavirədə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.
Əvvəl müşavirə iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Müşavirəni giriş sözü ilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açaraq bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən dövlət statistikası sahəsində islahatları müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün qarşıda mühüm vəzifələr durur. Həmin vəzifələrin yerinə yetirilməsi üçün hamı ciddi səy göstərməli, statistik uçotun düzgün aparılmasında öz töhfəsini verməlidir. Çünki qəbul edilən mühüm dövlət sərəncamları və qərarları məhz ilkin statistik məlumatlara əsaslanır...
Zona müşavirəsində çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür.
Qeyd olunub ki, bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir.
Toplantıda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd ərazi dairələri üzrə nümayəndiklərin qarşısında duran vəzifələrdən danışıb.
Müşavirədə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim olunub, verilən suallar cavablandırılıb.

 

Keçidlər