LƏNKƏRANDA VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
Mayın 12-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvər ruhda tərbiyə. Sağlam ailə, sağlam həyat” mövzusunda konfrans keçirilib.Lənkəran Dövlət Tibb və Humanitar Kollecinin, orta məktəb şagird və müəllimlərinin, habelə müxtəlif idarə, müəssisə və təşkilatların, KİV nümayəndələrinin qatıldığı tədbiri Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Aydın Məmmədov açaraq gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə olunmasının onların gələcək inkişafını formalaşdıran mühüm amil olduğunu bir daha qeyd etmiş, bununla bağlı ailələrin, təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən, məsuliyyət hissindən söz açmış, bu işə diqqət və qayğının artırılmasının vacibliyini vurğulamışdır.
Sonra Aydın Məmmədov “Gənclərin vətənpərvər ruhda tərbiyəsində azərbaycançılıq məfkurəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Azərbaycançılıq və milli-mənəvi dəyərlərimiz”, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin müdiri İzzət Əsgərov “Narkomaniyaya qarşı mübarizə yolları”, Lənkəran Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afiq Əliyev “Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmağın sosial-psixoloji istiqamətləri”, ilahiyyatçı, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı, Ləj kənd məscidinin axundu Samid Quliyev “İslamda vətən sevgisi, sağlam ailə və sağlam həyat”, Lənkəran Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini Taleh Məmmədli “Erkən nikah və onun fəsadları” mövzularında çıxışlar etmişlər.