Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində məktəbli gənclərin toplantısı keçirilib.

07 may 2016 | 16:00

Mayın 6- da Lənkəran Şəhər İcra Hakimiyyənin,Heydər Əliyev Mərkəzinin və şəhər təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş məktəbli gənclərin rayon toplantısı keçirilmişdir.
İştirakçılar öncə Mərkəzin Memorial Muzeyində Ulu Öndərin büstünü ziyarət etmişlər.
Sonra Mərkəzin rəsm studiyasının istedadlı gənc rəssamlarının Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq ideyalarına və əziz xatirəsinə həsr olunmuş əsərlərinin sərgisi ilə tanışlıq olmuşdur.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən sənədli filmin videoçarxı göstərilmişdir.
Ümumrayon toplantısını Heydər Əliyev  Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq qeyd etmişdir ki,bu gün Heydər Əliyev dühasının bəxş etdiyi müstəqil Azərbaycanda milli təhsilin və tərbiyənin inkişafına yönəldilmiş dövlət proqramları və Heydər Əliyev Fondunun layihələri çərçivəsində məktəbli gənclər üçün fundamental işlər həyata keçirilir.Bu işlərin qayəsində duran əsas məqsəd gələcək nəslə Vətən amalı hisslərinin aşılanması,Azərbaycançılıq ideologiyası-milli və eyni zamanda,bəşəri dəyərlər ruhunda tərbiyə məsələləri durur.Natiq onu da vurğulamışdır ki,Ulu Öndərin zəngin və tarixi irsinin öyrənilməsi özü böyük bir məktəbidir.Bu dahi insanın həyatı hər bir məktəbli üçün əbədi örnəkdir.
Toplantıda Şiləvar kənd tam orta məktəbinin direktoru E.Əsədlinin “Heydər Əliyevin Azərbaycanda milli təhsilin və tərbiyənin inkişafında xidmətləri”, şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi N.Əkbərovun, Lənkəran ŞİH-nin məsul işçisi K.Manafovanın, 6 nömrəli məktəb liseyin IX sinif şagirdi R.Quliyevin “Heydər Əliyev- böyük düha”,  şəhər Şahmat məktəbinin şagirdi N.Mirzəzadənin “Uğurlarımızın fövqündə dayanan insan”, 1 saylı tam orta məktəbin  X sinif şagirdi S.Abbasovanın, 4 saylı humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Ə.Şərifzadənin “İrsə sadiq davamçılarıq”, 10 saylı tam orta məktəbin XI sinif şagirdi Ü.Babazadənin çıxışları maraqla dinlənilmişdir.
Tədbirin sonunda bir qrup fəal və istedadlı məktəbliyə Heydər Əliyev Mərkəzinin Fəxri fərmanları təqdim olmuşdur.

Keçidlər