Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Vilvan kəndində vətəndaşları qəbul etdi

28 aprel 2016 | 16:00

Lənkəran ŞİH-nin başçısı növbəti səyyar qəbul-görüşünü aprelin 28-də Vilvan kəndində keçirdi.
İcra başçısının Vilvan inzibati ərazi dairəsində nümayəndəsi Hikmət Abbasov kəndin ərazisi, əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, ərazidə aparılan səliqə-səhman və abadlıq işləri barədə danışdı, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra bir neçə kənd sakini çıxış edərək Vilvan kəndində sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün ərazidə aparılan tikintiyə, yeni yaşayış massivinin təbii qazla təmin edilməsinə və s. işlərə görə ölkə rəhbərinə, eyni zamanda, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıq duyğuları ifadə edərək həmçinin ərazidə yaz-tarla işlərinin sürətlə aparıldığını, kənd təsərrüfatı işlərinə diqqətin artırıldığını söylədilər.
Ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Taleh Qaraşov ölkədə dövlət-xalq birliyinin gündən-günə möhkəmləndiyini bildirdi. İcra başçısı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən ətraflı danışdı, ölkədə möhkəm sabitliyin və əmin-amanlığın hökm sürdüyünü diqqətə çatdırdı, respublika əhalisinin, o cümlədən lənkəranlıların cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğuladı.
Azərbaycanda xalqın rifah halının daha da gücləndirilməsi naminə sosial layihələrin və proqramların sürətlə icra edildiyini diqqətə çatdıran Taleh Qaraşov ərzaq təminatının və kənd təsərrüfatının inkişafının prioritet vəzifələr olduğunu söylədi, bu istiqamətdə Lənkəranda həyata keçirilən tədbirlərdən ətraflı bəhs etdi, torpaqlardan səmərəli istifadə edilməsi üçün ayrı-ayrı pay torpaqlarının fermer təsərrüfatında birləşməsinin vacibliyini önə çəkdi.
Sonda İcra başçısı görüş zamanı irəli sürülən təkliflərin və müraciətlərin həlli istiqamətində aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər