Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Çernobıl iştirakçıları ilə görüş keçirildi

25 aprel 2016 | 16:00

Aprelin 25-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Çernobıl hadisələrinin 30 illiyi münasibətə ilə tədbir keçirildi. Tədbiri Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açdı.
Əvvəlcə Çernobıl faciəsinə həsr olunmuş videoçarx göstərildi.
Sonra Ümumimilli Lider Heydər Əliyevin, Qarabağ Müharibəsində şəhid olanların və Çernobıl qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra İ.Rəhimov ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin ölkə vətəndaşlarına, o cümlədən xüsusi imtiyazlı vətəndaşlara göstərdiyi dövlət qayğısından söz açdı, bu sahəni həmişə diqqət mərkəzində saxladığını bir daha vurğuladı. İlkin Rəhimov həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı  Taleh Qaraşovun da Çernobıl iştirakçılarına  qayğı ilə yanaşdığını,  onların müraciətlərinə həmişə həssaslıq göstərdiyini bildirdi, habelə problemlərinin müsbət həlli istiqamətində gördüyü işlərdən danışdı.
Tədbirdə Respublika Çernobıl  Əlilləri İttifaqı Lənkəran rayon şöbəsinin sədri Azad Ağayev,  Qarabağ Müharibəsi Əlilləri,  Veteranları və Şəhid Ailələri Lənkəran şöbəsinin sədri Əbülfət Əlİyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov və başqaları çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda şəhər İcra hakimiyyəti tərəfindən Çernobıl iştirakçılarına pul mükafatı verildi.

Keçidlər