Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Lənkəranda dəfn olundu
07 aprel 2016 | 16:00
Aprelin 4-də cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, 19 yaşlı Əlizaman Fərrux oğlu İslamov bu gün doğulduğu Lənkəran rayonunun Cil kənd qəbirstanlığında dəfn edilib.
Dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üşrəngli bayrağı dayısına təqdim edilib.