Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda gənclər vətənpərvər olduqlarını nümayiş etdirdilər

05 aprel 2016 | 16:00

Aprelin 5-də Lənkəran Dövlət Universitetində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla əlaqədar mitinq keçirilidi.
Universitet Tələbə Gənclər Təşkilatının keçirdiyi mitinqdə 1500-dən çox tələbə iştirak edirdi.
Əllərində “Azərbaycan əsgəri, biz səninlə fəxr edirik!”, “Erməni əsgəri, rədd ol Azərbaycan torpağından!”, “Torpaq, uğrunda ölən varsa vətəndir!”, “Azərbaycanın hər bir əsgəri Mübarizdir!” , “LDU tələbələri Prezidentimizin ətrafındadır!” və s. sözləri yazılmış şüarlar uzaqdan diqqəti cəlb edirdi.  Hər tərəfdən Azərbaycan bayrağı  dalğalanırdı.
Mitinqi Universitet Tələbə - Gənclər Təşkilatının sədri Emin Həmidli açaraq  son vaxtlar erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozduğunu və düşmən təxribatlarının intensiv xarakter daşıdığını bildirdi.
Universitetin tələbələri çıxış edərək Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibətlərini bildirdilər.
           Mitinq göstərdi ki,  Vətənə, millətə, xalqa və dövlətə sədaqətlə xidmət göstərən vətənpərvər gənclərimiz çoxdur.
Tələbələr qəbul etdikləri qətnamədə  Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini, onun ətrafında sıx birləşdiklərini qeyd etdilər.
Tədbirin sonunda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov çıxış edərək əminliklə söylədi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına Lənkəran Dövlət Universitetinin gəncləri  hər an hazırdırlar.
Sonda tələbələr “Azərbaycan əsgəri” sözlərindən ibarət flaşmob nümayiş etdirdilər.

Keçidlər