Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Cəbhə bölgəsində Milli Ordumuzun uğurlarını Lənkəran ictimaiyyəti sevinclə qarşılayır

04 aprel 2016 | 16:00

Son günlərdə işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini və Təhlükəsizlik Şurasının föfqəladə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal olunmuş torpaqların azad olunmasının Azərbaycan xalqının tarixi olduğu və qüdrətli Azərbaycan Ordusunun bu şərəfli vəzifəni yerinə yetirdiyini bəyan etməsini hər bir azərbaycanlı kimi   hər bir lənkəranlı da böyük sevinclə qarşılayır.
Bu münasibətlə 04 aprel 2016-cı il tarixdə Lənkəran şəhərinin Mədəniyyət Mərkəzində  Şəhər İcra hakimiyyətinin başçısı, İcra aparatının, hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, kütləvi informasiya vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin ümumilikdə 550 nəfərin iştirakı ilə ümumrayon toplantısı keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı toplantını açaraq qeyd etmişdir ki, cəbhə bölgəsinin təmas xəttində erməni hərbi birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu güclü zərbə ilə cavab verərək düşməni sarsıdığı məğlubiyyətə uğratmışdır. Bu uğurlu əməliyyat sayəsində işğal olunmuş torpaqların bir hissəsi, bir neçə yaşayış məskəni azad olunmuş, düşmənin yüzdən çox canlı qüvvəsinin və hərbi texnikasının məhv edildiyi bildirən natiq Milli Ordumuzun 12 əsgərinin də qəhrəmancasına şəhid olduğunu söyləyib və yığıncaq iştirakçıları vətən torpaqları uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.
İcra başçısı cəbhə bölgəsində Azərbaqycan əsgərlərinin qəhrəmanlığını, xalqın böyük sevincini cənab Prezidentin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu olduğunu, Xalq-Dövlət birliyinin gücü-qüdrəti ilə ərsəyə gəldiyi və yaxın vaxtlarda torpaqlarımızın tamamilə azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağını süsusi qeyd etmişdir.
Çıxış edən Şəhid atası, Qarabağ əlili, müharibə veteranı, gənclər, gənc əsgər anası bu qələbən sonsuz sevinc duyduqları, hər an cənab Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını, bu şərəfli yolda heç nələrini əsirgəməyəcəklərini bildirmiş və bütün dünya asərbaycanlılarının cənab Prezidentin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə qarşı səslərini ucaltmağa çağırıblar.

Keçidlər