Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARININ XATİRƏSİ LƏNKƏRANDA DƏRİN EHTİRAMLA ANILDI

31 mart 2016 | 16:00

1918-ci il martın 31-də Bakı, Şamaxı, Quba qəzalarında, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla azərbaycanlıların soyqırımı həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış və milli-mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir.
Erməni vandallarının törətdiyi bu qətliama Cənub bölgəsi də məruz qalmışdır. Soyqırımı zamanı Lənkəran və ətraf rayonlarda 40-dan çox kənd yandırılmış,  2000-dən çox günahsız insan qətlə yetirilmişdir. 98 il bundan əvvəl ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Girdəni, Vilvan, Gərmətük, Mamusta, Kərgəlan, Sütəmurdov, Osakücə və sair kəndlərdə minlərlə dinc sakini qanına qəltan etmişlər.
31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da dərin hüznlə anıldı.
Ümumrayon anım mərasimində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksinin önünə gül  dəstələri qoydu.
Mərasimdə rayonun hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan minlərlə lənkəranlı soyqırımı qurbanlarına dərin ehtiramlarını bildirməklə abidə önünə tər gül dəstələri düzdülər, şəhidlərin ruhlarına dualar oxudular.

Keçidlər