Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISI TALEH QARAŞOV NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜNÜ ŞAĞLASER KƏNDİNDƏ KEÇİRDİ

28 mart 2016 | 15:00

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 28-də Şağlaser kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və xidmət sahələrinin rəhbərləri, 300 nəfər kənd sakini iştirak edirdi.
Görüşü giriş sözü ilə açan İcra başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samid Ağayev inzibati ərazi dairəsi barədə  məlumat verib.
Çıxış edən sakinlər ölkədə və Lənkəran rayonununda həyata keçirilən quruculuq -abadlıq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirərək, son illərdə nümayəndəliyə daxil olan kəndlərdə yeni məktəblərin tikilib istifadəyə verilməsini, yeni asfalt yolların çəkilməsini, kütləvi qazlaşmanın cənab Prezidentin xalqa xidmətinin nümunəsi olduğunu ifadə etməsilə bərabər inzibati ərazi vahidliyinin sosial-iqtisadi inkişafı ilə bağlı fikir və təkliflərini söyləyiblər.
Sonra sakinlər şəxsi problemləri ilə əlaqədar İcra başçısına müraciət etdilər.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq ölkədə gedən inkişaf prosesləri, Lənkəran rayonunda həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında danışdı, sakinlər tərəfindən qaldırılan müraciətlərin və təkliflərin həll ediləcəyini söylədi.
İcra başçısı Azərbaycanda hökm sürən sabitlikdən, əmin-amanlıqdan ətraflı bəhs etdi, bunu qorumağın vacibliyini diqqətə çatdırdı, hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı.
Ölkədə ərzaq təhlükəsizliyini təmin etməyin zəruriliyindən söz açan Taleh Qaraşov bunun üçün kənd təsərrüfatını inkişaf etdirməyin, torpaqların əkilib becərilməsinin, əhalinin payıbəlli torpaqlarının fermer şəklində birləşdirilməsinin zəruriliyini, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən səmərəli şəkildə bəhrələnməyin vacibliyini önə çəkdi. Rayonda emal müəssisələrinin tərəvəz məhsullarını qəbul etməyə hər cür imkanı olduğunu söyləyən İcra başçısı yaşıl marketlərin yaradılması istiqamətində lazımi tədbirlərin görüldüyünü vurğuladı, kəndlinin torpağa qayıtmasının ən vacib şərtlərdən biri olduğunu önə çəkdi.
Taleh Qaraşov sonda səyyar qəbul-görüşdə qaldırılan müraciətlərin və təkliflərin həlli ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verdi.

 

 

Keçidlər