Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda uşaq evində novruz şənliyi

20 mart 2016 | 16:00

Heydər Əliyev Fondunun dəstəyi ilə Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində Novruz şənliyi keçirilmişdir. Valideyn himayəsindən məhrum olan uşaqları bayram münasibətilə təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  təhsil və tərbiyyə müəssisəsinə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, ölkəmizdə bu qəbildən olan soydaşlarımız üçün keçirilən tədbirlər böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən  yüksək səviyyəli mərhəmətli qayğının parlaq nümünəsidir.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin  respublikamızda  “Uşaq ili” elan edilməsini təqdirəlayiq addım kimi dəyərləndirən tədbir iştirakçıları həmin sərəncama əsasən, ölkəmizdə dövlət səviyyəsində proqramların, layihələrin hazırlanaraq həyata keçirildiyini diqqətə çatdırdılar. Bayram süfrəsi arxasında davam edən mərasimdə  rayonun musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış etdilər. Kosa və Keçəlin , Bahar qızının mərasimdə iştirakı bayram şənliyini daha da canlandırdı.

Keçidlər