ŞAİR ŞƏKƏR ASLANIN ANIM GÜNÜ KEÇİRİLDİ
Oktyabrın 10-da Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Şəkər Aslanın anadan olmasının 77-ci ildönümü münasibətilə Boladi kəndində anım günü keçirilmişdir.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin məsul katibi İltifat Saleh açmış və gələn qonaqları iştirakçılara təqdim etmişdir.
Vaxtilə Ş.Aslanın bünövrəsini qoyduğu “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, respublikada ilk poliqrafçı alim Şəddad Cəfərov, “Aşkarlıq” qəzetinin baş redaktoru Hacı Etibar Əhədov, Boladi kənd sakini, tanınmış ədəbiyyatşünas Musa Babayev, həkim-stomatoloq Mirsayad Babayev və başqaları çıxış etmişlər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Məmməd Səfərov İcra başçısı Taleh Qaraşovun ürək sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda Boladi kənd 2 saylı tam orta məktəbinin şagirdlərinin ifasında Şəkər Aslanın şeirləri səslənmişdir.