Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH-NİN BAŞÇISI TALEH QARAŞOV NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜNÜ RVO KƏNDİNDƏ KEÇİRDİ

18 mart 2016 | 16:00

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 17-də Rvo kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və xidmət sahələrinin rəhbərləri, 300 nəfər kənd sakini iştirak edirdi.
Görüşü giriş sözü ilə açan İcra başçısının Rvo inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Şərbətov ərazi barədə məlumat verdi, əhalinin məşğuliyyəti, görülən işlər və bir sıra mövcud problemlər barədə söhbət açdı.
Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov inzibati ərazi dairəsində aparılmış abadlıq-quruculuq işləri barədə danışdı, bəzi problemləri diqqətə çatdırdı.
Kənd sakinlərindən Tehran Həsənov, Arif Məmmədov, Emin Quliyev və başqaları bir sıra təkliflər irəli sürdülər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, hamıya ən xoş və səmimi arzularını çatdırdı.
Görüşü yekunlaşdıran İcra başçısı ölkədə hökm sürən siyasi sabitliyin,  dinamik inkişafın Heydər Əliyev siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğuladı.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə əhalinin sosial problemlərinin  həllinin ən ümdə vəzifə olduğunu söyləyən natiq bu istiqamətdə nəzərdə tutulan işlərdən geniş bəhs etdi, dövlət başçısı tərəfindən anti-böhran tədbirlərinin misilsiz əhəmiyyətini qeyd edərək ictimai asayişin  hamılıqla qorunmasının vacibliyini bildirdi və bütün sakinləri cənab Prezidentin ərtrafında sıx birləşməyə, ictimai-siyasi vəziyyətin sabitliyini qorumağa çağırdı.
İcra başçısı sonda Rvo inzibati ərazi dairəsinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində nəzərdə tutulan tədbirləri qeyd etməklə bərabər, bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verdi.

Keçidlər