Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

MİLLİ QƏHRƏMAN ƏSGƏR ƏLİYEVİN XATİRƏSİ ANILDI

17 mart 2016 | 16:00

 

Əsgər Ələkbər oğlu Əliyev 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-1990-cı illərdə Ləj kənd orta məktəbində təhsil alıb. Sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank artilleriya fakültəsində davam etdirib. O, 17 mart 1995-ci il tarixdə Bakıda dövlət çevirilişinə cəhd edənlərə qarşı Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Əsgər Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı “ adı verilib.
Martın 17-də Əsgər Əliyevin adını daşıyan “Dostluq” mədəniyyət və istirahət parkında Lənkəran ŞİH-nin təşkilatçılığı ilə anım tədbiri keçirildi. Tədbirdə qəhrəmanın ailə üzvləri, rayon ictimaiyyəti, müharibə veteranları və oxuduğu Ləj kənd tam orta məktəbinin pedaqoji və şagird kollektivi iştirak edirdi.
Mərasimdə Milli Qəhrəmanın şərəfli ömür yolu bir daha xatırlandı, onun xatirəsinə bəslənilən hörmət, diqqət və qayğıdan söhbət açıldı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Əsgər Əliyevin büstü önünə təzə-tər qərənfil dəstələri düzdü, atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verdi, igid həmyerlimizin xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, onun şərəfli ömür yolunun məktəblilərə, gənclərə örnək olduğunu diqqətə çatdırdı.
Mərasimdə iştirak edən İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və məktəblilər Milli Qəhrəmanın büstü önünə bahar çiçəkləri qoydular, xatirəsini ehtiramla yad etdilər.

Keçidlər