Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ABŞ SƏFİRLİYİNİN DƏSTƏYİ İLƏ “THE EXCHANGE” VOKAL QRUPU LƏNKƏRANDA KONSERT PROQRAMI İLƏ ÇIXIŞ ETDİ

17 mart 2016 | 16:00

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi və Lənkəran ŞİH-nin təşkilatçılığı ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub. Qrup ulduzlardan ibarət vokal pop “oğlan qrupu”dur. Onlar musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını  A kapellada oxuyurlar.
Azərbaycanda “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramının bir hissəsi olaraq ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad məşğələləri keçirəcək.
Martın 17-də qrup Lənkəran Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış etdi.
Konsert Lənkəranın birləşmiş uşaq xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə başlandı.
ABŞ-ın Bakıdakı Səfirliyinin nümayəndəsi konsertə gələnləri Azərbaycan dilində “Salam, Lənkəran” sözü ilə salamladıqdan sonra qrup haqqında məlumat verdi.
Anşlaqla keçən konsertdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Keçidlər