LƏNKƏRANDA ƏRZAQ MƏHSULLARININ SATIŞ YARMARKASI KEÇİRİLDİ
15 mart 2016 | 16:00
Martın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ərzaq məhsullarının sаtış yаrmаrkаsı keçirildi. Yarmarkada Lənkərаn və ətrаf rаyоnlаrdа, Bаkı şəhərində fəаliyyət göstərən 38-ə yaxın firmа və şirkətlərin ərzaq məhsulları, meyvə-tərəvəz və şirniyyat alıcılara təklif olundu. Ümumilikdə yarmarkada 485 ton ərzaq məhsulları satışa çıxarıldı. Qiymətlər bazar qiymətləri ilə müqayisədə 20-25 faiz aşağı idi.
Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldılar.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri yarmarkada iştirak etdilər.