Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ QADINLAR GÜNÜ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLDİ

08 mart 2016 | 16:00

8 Mart Beynəlxalq Qadınlar günü Lənkəranda təntənəli şəkildə qeyd edildi.
Bayram şənliyində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar iştirak edirdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qadınları bayram münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına mütəmadi nüfuz etmiş, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.
Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmişdir. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ulu Öndərin siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Vurğulandı ki, respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edir, bu gün rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Sonra T.Qaraşov rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.
Lənkəranın incəsənət ustalarının, “Nənələr” folklor qrupunun ifa etdikləri şən, oynaq musiqi nömrələri, uşaq bağçaları fidanlarının nümayiş etdirdikləri rəqs nümunələri şənliyi daha da rövnəqləndirdi.
Şirniyyat stolu arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş etdi.

 

 

 

Keçidlər