Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA YAŞILLAŞDIRMA AYLIĞINA START VERİLDİ

07 mart 2016 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mart ayı yaşıllaşdırma aylığı elan olunmuşdur. Artıq sərəncamdan irəli gələn vəzifələrin icrasına başlanılmışdır. Şənbə günü rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivlərinin, habelə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ümumrayon iməciliyi keçirilmiş, magistral yolların kənarında, Hava limanı ərazisində, şəhərin park və bağlarında 1500 ədəd müxtəlif növ ağac əkilmiş, sıradan çıxmış ağaclar yenisi ilə əvəz olunmuş, aqro-texniki qulluq göstərilmiş və suvarılmışdır. Eyni zamanda şəhərin prospekt və küçələrində hündür ağacların gövdələri ağardılmış, qurumuş budaqları budanmışdır. Hazırda növbəti kütləvi ağac əkini üçün yerlər hazırlanır. Şəhərin Sahil parkına bitişik ərazi təmizlənir, münbit torpaq tökülərək əkinə yararlı vəziyyətə gətirilir.

Keçidlər