Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Lənkərana rəsmi səfər edib
Lənkərana rəsmi səfərə gələn Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri Draqana Filipoviçi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşmüşdür. Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüş zamanı avropalı qonaq Lənkəranla bağlı ilk təəssüratını bölüşərək rayonun təbiətinə,insanların səmimiliyinə heyran qaldığını bildirib. Xanım Filipoviç Lənkəranda turizm üçün böyük imkanların olduğunu xüsusi qeyd edib. Bildirib ki, Avropa Şurası Bakı ofisinin Azərbaycanda həyata keçirəcəyi 3 layihədən biri məhz Lənkəranda reallaşacaq. Ədliyyə nazirliyi ilə birgə keçiriləcək layihədə əsas məqsəd ölkədə hüquqşünasların təcrübə mübadiləsinə və peşəkarlıqlarının artırılmasına xidmət edəcək.
İcra başçısı Taleh Qaraşov qonağa Lənkəranın tarixi, coğrafi mövqeyi,təbii sərvətləri, burada yaşayan yerli xalqlar və etnik qruplar,onların həyat şəraiti barədə ətraflı məlumat verib. Lənkəranda məktəblərdə Talış dilinin tədris olunduğunu, bu dildə dərslik və bədii ədəbiyyat nümunələrinin yaradıldığını qonağın diqqətinə çatdırıb.
Rayonla tanışlıqdan məmnun qalan Xanım Draqana görüşdən sonra jurnalistlərin maraqlandıran sualları da cavablandırıb.
Səfər çərçivəsində hörmətli qonaq rayonun gəzməli yerləri ilə də tanış olmuşdur.