LƏNKƏRANDA OD ÇƏRŞƏNBƏSİ QEYD EDİLDİ
Martın 1-də xalq təqvimi ilə boz ayın çərşənbələrindən ikincisi sayılan Od çərşənbəsi Lənkəranda da böyük coşqu ilə qeyd edildi.
Həmin gün şəhərin Dəmiryolu vağzalı ərazisindəki meydanda keçirilən bayram şənliyində çərşənbə adətlərinə uyğun tonqal qalandı, Keçəlin, Kosanın və Bahar Qızının ifasında şən, məzəli səhnəciklər göstərildi, rayonun incəsənət ustalarının ifa etdikləri mərasim nəğmələri və xalq mahnıları tədbirə xüsusi təravət gətirdi, aktyorların ifasında Novruz adətlərinə aid müxtəlif səhnəciklər nümayiş etdirildi.
Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, İcra Aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən-kiçiyə hamıya xoş ovqat bəxş etdi.