Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞÜ AÇIQ DİSKUSSİYA VƏ DİALOQ ŞƏKLİNDƏ KEÇDİ

16 fevral 2016 | 16:00

Lənkəran ŞİH başçısı Taleh Qaraşov sahibkarlarla növbəti görüşünü fevralın 16-da Heydər Əliyev Mərkəzində keçirdi.
Görüşü giriş sözü ilə açan İcra başçısı dünyada baş verən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini vurğuladı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi anbti-böhran tədbirlərindən ətraflı danışdı, dövlət başçısının imzaladığı sərəncamların əhəmiyyətindən söz açdı, süni qiymət artımının qarşısının qətiyyətlə alındığını, bu sahədə qarşıya çıxan problemlərin tamamilə aradan qaldırıldığını diqqətə çatdırdı.
Qeyd edildi ki, ölkəmizdə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi, yerlədə sahibkarlığın inkişafı üçün süni maneələrin aradan qaldırılması, sahibkarlığın inkişafına hərtərəfli şəraitin və imkanın yaraldılması Lənkəranlı sahibkarlar tərəfindən də rəğbətlə qarşılanır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən bəhrələnməli, ondan düzgün istifadə edilməli, ixrac potensialını artırmalı, idxaldan asılılıq minimuma endirIlməlidir.
Diqqətə çatdıırldı ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrrüfatını inkişaf etdirmək olduqca vacibdir. Lənkəranda sahibkarlığın inkişafı prioritet vəzifələrdəndir. Bu sahədə çox keyfiyyətli Azərbaycan brendi yaratmaq üçün bazarı genişləndirmək vacibdir. Rayonda sitrus meyvəçiliyinin inkişafı da ən ümdə vəzifələrdəndir. İstehsal olunmuş məhsulların alınmasından ötrü tədarük məntəqələrinin, emal müəssisələrinin fəaliyyəti günün tələblərinə cavab verməlidir. Yeni sənaye zonalarının yaradılması, xammalın istehsalının artırılması, nəticədə dövlət büdcəsindən asılılıq aradan qaldırılmalıdır.
T.Qaraşov xüsusi vurğuladı ki, rayonumuzun əkinəyararlı torpaqlarından səmərəli istifadə edilməli, ayrı-ayrı kiçik təsərrüfatlar fermerlər şəklində birləşdirilməlidir. Lənkəran üçün ənənəvi çəltikçiliyi inkişaf etdirmək olduqca çox vacibdir. Bu sahədə yeni yaradılan Kənd Təsərrüfatı İdarəsi səmərəli fəaliyyət göstərməlidir.
İcra başçısı çıxışını cənab Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə yekunlaşdırdı: “Mən istəyirəm ki, Azərbaycanda bir nəfər də işsiz olmasın!” Bu istiqamətdə Lənkəranda yeni iş yerləri yaradılır, müəssisələr fəaliyyətini günün tələbləri səviyyəsində qururlar. Lənkəranlı sahibkarlar  ölkəmizin, o cümlədən rayonumuzun inkişafına öz töhfələrini verməlidirlər.
Sonra Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov məruzə edərək Lənkəranda sahibkarlığın vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.
Məruzə ətrafında müzakirələrdə aqro-servis müəssisəsinin direktoru Sərraf Heydərov, Bölgə Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov, Lənkəran Çay filialının müdiri Fərman Abdullayev, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəsi Allahyar Salayev, Bank Standardın Lənkəran filialının müdiri Rüfət Əsgərov, Lənkəran Konserv zavodunun icraçı direktoru Mirrəhman Ağayev, Zona baytarlıq laboratoriyasının müdiri İqtidar Teymurov, çayçılıq üzrə fermer İlyas Əliyev, digər sahibkar və fermerlər çıxış edərək bir sıra təkliflər irəli sürdülər, rəy və mülahizələrini bildirdilər.
3 saata yaxın davam edən, açıq diskussiya və dialoq şəklində keçən görüşü yekunlaşdıran İcra baçısı Taleh Qaraşov sonda tapşırıq və tövsiyələrini verdi.

Keçidlər