Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Ürgə kəndində sakinlərlə görüş

05 fevral 2016 | 16:00

Lənkəran ŞİH başçısı Taleh Qaraşov əhali ilə səyyar qəbullarını davam etdirərək real vəziyyətlə yerindəcə tanış olur. İcra başçısı növbəti görüşünü rayonun Ürgə kəndinin sakinləri ilə keçirmişdir. Səyyar qəbul-görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak etmişdir.
İcra başçısı görüşü açaraq son illərdə ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı sahəsində görülən işləri qeyd edərək, bu inkişafın artıq kənd və qəsəbələri də əhatə etdiyini, hər yerdə müasir infrastrukturunun yaradıldığını bildirmişdir. Son vaxtlar dünyada baş verən qlobal iqtisadi böhran şəraitində quruculuq-abadlıq işlərinin genişlənməsi, sosial layihələrin dayanmadan davam etməsinin cənab Prezident İlham Əliyevin Ülü Öhdər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin və iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsinin məntiqi nəticəsi olduğunu və bu fəaliyyətin Azərbaycan xalqının  milli maraqlarına tam cavab verdiyini vurğulamışdır. Natiq qeyd etmişdir ki, cənab Prezidentin həyata keçirdiyi düzgün iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin etmiş, nəticədə qeyri-neft sektorunun inkişafı üçün də əlverişli şərait yaranmış, nəticədə regionların sosial-iqtisadi inkişafı daha da sürətlənmiş, yeni sosial obyektlər tikilib istifadəyə verilmiş, iş yerləri açılmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir. Sonra natiq Dövlət başçısının sərəncamı ilə həyata keçirilən anti-böhran tədbirlərinin əhəmiyyətini qeyd edərək bu tədbirlərin cənab Prezidentin iradəsi, möhkəm siyasi sabitlik, dövlətin iqtisadi qüdrəti və dövlət-xalq birliyinin gücü hesabına mümkün olduğunu söyləmişdir. İcra başçısı Cənab Prezidentin tapşırığı ilə yerlərdə əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı konkret tədbirlərin görüldüyünü, əlavə iş yerlərinin açılacağını, gənclərin işlə təmin olunacağını, kənd təsərrüfatının inkişafına, torpaqlardan səmərəli istifadəyə diqqətin artırılacağını qeyd edən İcra başçısı hamını ümumi mənafe naminə ölkə başçısının ətrafında sıx birləşməyə səsləmişdir.
Çıxış edən kənd sakinləri cənab Prezidentin fəaliyyətini tamamilə bəyəndiklərini, həyata keçirilən anti-böhran tədbirlərinə görə ona minnətdar olduqlarını bildirərək bundan sonra da ölkə başçısının ətrafında  sıx birləşərək Azərbaycanın tərəqqisinə yardımçı olacaqlarını ifadə ediblər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı konkret  tapşırıqlarını vermişdir.

Keçidlər