Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ SƏPNƏKƏRAN KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

11 oktyabr 2012 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 9-da Səpnəkəran kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri, Səpnəkəran, Yuxarı Nüvədi və Mikalan kəndlərinin sakinləri iştirak edirdilər.
Səpnəkəran inzibati ərazi dairəsinin nümayəndəsi Azad Kazımov və Səpnəkəran bələdiyyəsinin sədri Raifə Məmmədzadə çıxış edərək ərazi dairəsinə daxil olan 3 kəndin əhalisi, onların məşğuliyyəti barədə danışdılar, mövcud problemləri İcra başçısının diqqətinə çatdırdılar.
Səpnəkəran kənd Ağsaqqallar Şurasının sədri Surxay Əliyev kənddə Böyük Vətən müharibəsi abidəsinin təmirə, Səpnəkəran kənd sakini Sərraf Xəlilov uzunmüddətli kreditə, Yuxarı Nüvədi kənd tam orta məktəbinin direktoru İlhamə Orucova kənddə yeni məktəb binasının tikintisinə ehtiyacın olduğunu, Yuxarı Nüvədi kənd sakini Şahrza Şəfəqqətov əraziyə işləyən marşrut avtobusunun köhnə olduğunu İcra başçısının diqqətinə çatdırdılar.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüş zamanı qaldırılan təkliflərin zaman-zaman həll ediləcəyini söylədi, əraziyə qaz xəttinin çəkilişinin sürətləndiriləcəyini, Böyük Vətən müharibəsi abidəsinin tezliklə təmir olunacağını xüsusi qeyd etdi.
İcra başçısı daha sonra respublikamızda gedən sürətli inkişafdan, ictimai-siyasi sabitlikdən danışaraq qeyd etdi ki, biz hamılıqla müstəqil Azərbaycanın daha da çiçəklənməsinə öz töhfəmizi verməli, Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi üçün əməyimizi əsirgəməməliyik.
Taleh Qaraşov daha sonra ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafından, bu gün Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsindən danışdı. Ölkəmiz inkişaf etdikcə əhalinin rifah halının yaxşılaşdığını, gənclərin asudə vaxtının səmərəli keçməsi üçün lazımi tədbirlərin görüldüyünü, dövlət gənclər siyasətinin uğurla davam etdiyini önə çəkdi, gələn ildə keçiriləcək prezident seçkilərində hamılıqla İlham Əliyevə səs verəcəklərini əminliklə vurğuladı.
 

Keçidlər