Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Anti-böhran tədbirləri ilə bağlı İcra başçısı şəhər sakinləri ilə görüş keçirib

22 yanvar 2016 | 16:00

Lənkəran ŞİH başçısı şəhər Mədəniyyət Mərkəzində sakinlərlə görüş keçirmişdir. Görüşdə İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət bölmələrinin rəhbər işçiləri və 600 nəfər şəhər sakini iştirak etmişdir.
Görüşü açan İcra başçısı Taleh Qaraşov cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan nailiyyətləri sadalayaraq ölkənin və rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışmış və bu inkişafın dünyanı bürüyən iqtisadi böhran şəraitində əldə olunmasının xalqımız üçün qürurverici olduğunu qeyd etmişdir. İcra başçısı nitqində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, cənab Prezident tərəfindən dərin düşüncə ilə davam etdirilən siyasət hesabına yaradılmış iqtisadi potensialın,  bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu  dəhşətli böhranın təsirindən qoruduğunu ətraflı izah edərək neftdən gələn gəlirlərin ölkənin inkişafına, vətəndaşların rifah-halının yaxşılaşmasına, ordu quruculuğuna sərf olunduğunu, eyni zamanda qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin ölkənin neft gəlirlərindən asılılığının azaldılmasına istiqamətlənmiş uğurlu siyasət olduğunu və Azərbaycan xalqının bu siyasətdən razı qaldığını bildirərək xalqı bu syasəti dəstəkləmək üçün cənab Prezidentin ətrafında sıx birləşməyə və Vətənin tərəqqisinə xidmət etməyə səsləmişdir.
Görüşdə çıxış edən şəhər sakinləri cənab Prezidentin davamlı diqqəti ilə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını söyləyərək destruktiv  və radikal qüvvələrin xəyanətkar mövqeyini, Azərbaycanın imicinə zərər vuran hərəkətləri kəskin pisləmiş və belə hərəkətləri qətiyyətlə rədd etdiklərini bildiriblər. Hatiqlər cənab Prezidentin anti-böhran tədbirlərini, maaş və müavinətlərin artırılmasını, çörək və un məhsullarının qiymətlərinin tənzimlənməsi ilə bağlı sərəncamlarını alqışladıqlarını, bunların ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına hesablanmış Prezident qayğısı olduğunu bildirərək cənab Prezidentə minnətdarlıq ifadə ediblər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər