Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda İcra başçısı əhali ilə görüşlərini davam etdirir.

19 yanvar 2016 | 16:00

Əhali ilə görüşlərini davam etdirən Lənkəran ŞİH başçısı növbəti görüşünü rayonun Göyşaban kəninin sakinlərilə keçirmişdir.
Görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbər işçiləri ilə yanaşı 300 nəfər kənd sakini iştirak edirdi.
Görüşü Göyşaban kənd İcra nümayəndəsi Ceyhun İmanov açaraq ötən il ölkənin  və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən geniş bəhs etmiş və bu inkişafın yaşadıqları Göyşaban kəndinin simasından da aydın göründüyünü vurğulamışdır.
Sonra Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayev, kənd sakinləri  Hafiz Cəfərov, Nurəddin Kazımov, İntiqam Səfərov, Sərdar Hüseynov, Qədim Rufullayev görüşdə çıxış edib Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərindən söhbət açaraq ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəklədiklərini və qazanılan uğurlarla fəxr etdiklərini söylədilər. Onlar nailiyyətlərimizi gözügötürməyən düşmənlərin əli ilə bəzi qüvvələrin sabitliyi  pozmağa göstərdikləri hər hansı cəhdi qətiyyətlə pislədiklərini qeyd edərək belə hallara qarşı ən ciddi tədbirlərin görülməsini tələb etdilər.  Lənkəran sakinləri Heydər Əliyev siyasətini, cənab Prezident İlham Əliyevin parlaq fəaliyyətini həmişə dəstəkləyiblər, bundan sonra da dəstəkləyəcəklər. Lənkəranın bugünkü inkişafına görə məhz Heydər Əliyev inkişaf kursuna, cənab Prezident İlham Əliyevin qayğıkeşliyinə minnətdar olduqlarını bildirən natiqlər cənab Prezidentin anti-böhran tədbirləri, çörək və un məmulatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı verdiyi humanist qərarlarını da yüksək qiymətləndiriblər.  Çıxış edən natiqlər kənddə mövcud olan bir sıra həlli vacib məsələlərlə  bağlı təkliflər də söyləyiblər.
İrəli sürülən təklifləri və sakinlərin fərdi müraciətlərini dinlədikdən sonra İcra başçısı çıxış edərək qeyd etdi ki, 2015-ci il dünyada böhranlarla müşaiyyət olunsa da, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Bütün sahələrdə dinamik inkişaf davam etmişdir. Dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq  ölkədə iqtisadi yüksəliş davam etmişdir. Tikinti-quruculuq işləri geniş vüsət almış, yeni müəssisələr, sosial obyektlər tikilib istifadəyə verilmiş, iş yerləri açılmışdır. Əhalinin maddi-rifah halının, sosial müdafiəsinin yaxşılaşması ilə bağlı kompleks işlər görülmüşdür. Bakıda birinci Avropa oyunlarınin yüksək səviyyədə keçirilməsi, Azərbaycanın özünün süni peykə malik olmasının milli tərəqqimizin ən yüksək səviyyədə olduğuna parlaq misaldır. Natiq lənkəranlılar üçün ötən ilin ən yaddaqalan hadisəsinin cənab Prezidentin Lənkərana səfəri olduğunu vurğularaq ölkə rəbərinin rayona davamlı qayğısını önə çəkdi və məhz cənab Prezidentin diqqətilə Lənkəran rayonunun sosial-iqtisadi həyatında da böyük uğurların qazanıldığını, bir sıra mühüm əhəmiyyətli layihələrin icra olunduğunu bildirdi. Natiq qeyd etdi ki, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilmiş, yeni yol layihəsi həyata keçirilmiş, Xan evi əsaslı təmir olunmuş, yeni uşaq bağçası, orta məktəb binası istifadəyə verilmiş, sitrus plantasiyası salınmışdır. Rayonun qəsəbə və kəndlərinin də son illərdə xeyli inkişaf etdiyini, daha da abadlaşdığını qeyd edən İcra başçısı bütün bunların cənab Prezidentin regionların inkişafına göstərdiyi qayğısının bəhrəsi olduğunu bildirdi. Natiq öz çıxışında cənab Prezidentin anti-böhran tədbirlərini, çörək və un məmulatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı verdiyi humanist qərarı ölkə başçısının ən böyük amalınının ölkə vətəndaşlarının xoş güzəranının təmin olunması olduğunu bir daha sübut etdiyini qeyd edərək  əldə olunmuş nailiyyətlərin bundan sonra da artacağını, iqtisadi inkişafın davam  edəcəyini, dövlətimizin daha da qüdrətlənəcəyini ifadə etmişdir.

Keçidlər