Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA XALQIMIZIN QƏHRƏMANLIQ SƏHİFƏSİ ÜMUMXALQ-HÜZN GÜNÜ EHTİRAMLA YAD EDİLDİ

20 yanvar 2016 | 16:00

Xalqımızın qəhrəmanlıq səhifəsi olan Ümumxalq Hüzn günü – 20 Yanvar faciə qurbanlarının 26-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da ehtiramla qeyd edildi. Həmin gün səhər saatlarından Şəhidlər Xiyabanında böyük izdiham var idi.
Mərasimdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə təzə-tər qərənfil dəstələri qoydu.
Şəhidlərin ruhuna fatihə verildi.
Sonra İcra başçısı Şəhidlər Xiyabanında hər bir məzar üstünə qərənfillər düzdü, şəhidlərin ailə üzvləri ilə həmsöhbət oldu, onların qayğıları ilə maraqlandı.
Daha sonra ümumrayon ziyarəti başlandı. Ziyarətə gələnlər – İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, eyni zamanda, Ümumxalq Hüzn gününün iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək kino-rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminə tamaşa etdilər.
Qeyd edək ki, yanvarın 20-də Lənkəran rayonu ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirildi, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, nəqliyyat vasitələrində səs siqnalları verildi.

Keçidlər