Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Dövlətin anti-böhran tədbirləri Lənkəranda əhali arasında geniş təbliğ olunur

19 yanvar 2016 | 16:00

Dünya iqtisadiyyatını bürümüş iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə anti-böhran tədbirləri həyata keçirilir. Bu tədbirlərin əhali arasında təbliği ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti kompleks tədbirlər həyata keçirir. İlk növbədə ticarət şəbəkələrində süni qiymət artımının qarşısının alınmasından ötrü ictimai nəzarət sistemi qurulmuş və yerlərlə müntəzəm əlaqə saxlanılr. Eyni zamanda əhali ilə təbliğat-izahat xarakterli görüşlər keçirilir. Lənkəran ŞİH başçısının təşəbbüsü ilə keçirilən bu görüşlərdə əhali dünyada baş verən iqtisadi böhran və onunla bağlı ölkədə görülən işlər barədə məlumatlandırılır. Növbəti görüş 18 yanvar 2016-cı il tarixdə rayonun  Gərmətük qəsəbəsində keçirilmişdir. Görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının rəhbər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların və xidmət sahələrinin rəhbərləri ilə yanaşı 500 nəfər Gərmətük və Velədi kənd sakinləri iştirak etmişdir.
Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Abdullayev görüşü açaraq cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatının dinamik şəkildə inkişafının təmin olunduğunu, 2015-ci ildə də bu inkişafın davam etdiyini bildirdi. Natiq qeyd etdi ki, Gərmətük qəsəbəsi də bu inkişafdan bəhrələnmiş, ərazidə yeni sosial obyektlər, iş yerləri açılmış, quruculuq-abadlıq işləri görülmüşdür. Eyni zamanda dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq  ölkə rəhbərliyinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gördüyü tədbirləri hər bir vətəndaşın razılıqla qarşıladığını bildirən natiq qiymətlərin dəyişilməsini bəhanə edərək bəzi şəxslərin sabitliyi pozmağa cəhd etmələrini də kəskin tənqid etdi və Gərmətük qəsəbə sakinlərinin bu cür hərəkətləri qətiyyətlə pislədiklərini bildirdi. İcra nümayəndəsi ötən il görülən işlərlə yanaşı bir sıra həllivacib məsələləri də önə çəkməklə onların da yaxın vaxtlarda həllini tapacağına tam inandıqlarını və bu inamla cənab Prezidentin ətrafında sıx birləşərək dövlətə xidmət edəcəklərini bildirdi. 
Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, qəsəbə sakini Balqğlan İbadov, Velədi kənd uşaq bağçasının müdiri Tünzalə Xosrovova, ziyalı qadın Alimə Xəlilbəyli, Velədi kənd ağsaqqalı Seyfulla Əsədov çıxış edib cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasəti ürəkdən bəyəndiklərini, xalqın həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən, gündən-günə möhkəmlənən siyasi-sabitlikdən, əminamanlıqdan razı qaldıqlarını ifadə edərək bu sabitliyin pozulmasına heç vaxtı imkan verməyəcəklərini bildirdilər. Onlar gəncləri daha fəal olmağa cənab Prezidentin ətrafında sıx birləşərək Vətənə, xalqa xidmət etməyə, radikal mövqeli şəxslərə qarşı barışmaz olmağa səslədilər. Çıxış edən natiqlər Gərmətük qəsəbəsində və Velədi kəndində yeni məhəllərdə küçələrin və suaxar kanalların əsaslı təmiri, yeni elektrik trahsformatorlarının qoyulması ilə bağlı təkliflərini də söylədilər.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq  tapşırıqlar verdikdən sonra qeyd etdi ki, cənab Prezidentin rəhbərliyi ilə ölkənin dinamik inkişafı sürətlə davam edir. Ötən ilin yekunları bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış və cənab Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi siyasi kursun alternativi yoxdur və ola da bilməz. Məhz bu inkişaf kursu hesabına qısa müddətdə Azərbaycanda əldə olunmuş iqtisadi potensial hər cür çətinliklərə baxmayaraq dövlətimizin iqtisadi təhlükəsizliyini və xalqın firəvan həyat şəraitini təmin edir. Bəzi populist insanların avanturist çıxışları heç vaxtı Azərbaycan xalqını çaşdıra bilməz. Çünki xalq cənab Prezidentin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəkləyir və bu siyasi kursun qələbəsinə inanır. İcra başçısı dünyada davam edən iqtisadi böhranın təsirlərinə baxmayaraq ölkə iqtisadiyyatının artması və  xalqın rifahının daha da yaxşılaşması sahəsində görülən ardıcıl tədbirlərin görülməsinin  Azərbaycan  dövlətinin, cənab Prezidentin ölkə vətəndaşlarının sosial rifahının təmin olunması istiqamətində bütün lazımi tədbirlərin bundan sonra görüləcəyini bir daha sübut etdiyini qeyd etmişdir.

Keçidlər