Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinin 26-cı il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

15 yanvar 2016 | 16:00

15 yanvar 2016-cı il tarixdə Lənkəran  şəhər Heydər Əliyev Mərkəzində Qanlı Yanvar hadisələrinin 26-cı il dönümünə   həsr olunmuş “Müstəqilliyə açılan yol” adlı anım tədbiri keçirilmişdir. Tədbir öncəsi iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
      Tədbirdə 1990-cı il 20 yanvar hadisələri və torpaqlarımıza qarşı zaman-zaman törədilən ərazi iddiaları haqqında məlumatlar verilmişdir. Bildirilmişdir ki,yanvarın 19-dan 20-sinə keçən kecə Bakıda baş vermiş qanlı olay əslində XX əsr boyu Azərbaycan xalqına qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin gün imperiya qüvvələrinin respublikada törətdikəri o ağır cinayətdə hərbi təcavüz nəticəsində mərd mübariz oğul və qızlarımız şəhid oldu, külli miqdarda dövlət əmlakı və şəxsi əmlaka ziyan dəydi. Həlak olanlar arasında təkcə dinc əhali deyil, ölkənin tanınmış alimləri, istedadlı gəncləri, məktəbliləri və ahılları da var idi. Onlar vətən, torpaq uğrunda canlarını qurban verməklə müstəqilliyə yol açdılar və əbədi olaraq Azərbaycan xalqının silinməz tarixi yaddaşına  yazıldılar. O zamanlar Moskvada yaşayan, qəlbi daim Azərbaycanla döyünən, böyük siyasətçi, Ümumilli Lider Heydər Əliyev ölkənin belə bir agır günündə xalqını tək qoymayaraq, yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla cıxıs etdi. Baş vermiş hadisəyə siyasi qiymətin verilməsi yalnız bu böyük insanın adı ilə bağlıdır. Onun ikinci dəfə ölkədə hakimiyyətə qayıdışından sonra şəhid ailələrinə və hadisələrdə zərər cəkmiş insanlara yüksək dövlət qayğısı göstərildi, şəhidlərimizin adlarınin əbədiləşdirilməsi üçün ciddi addımlar atıldı. Müstəqil Azərbaycanda bu siyasi xəttin  ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli davam etdirilməsi onun siyasi kursa və xalqına sadiqliyini göstərir. Bu gün Müstəqil Azərbaycanda baş verən ictimai-siyasi proseslər bir daha  bütün dünya dövlətlərinə bəyan edir ki, baş verən hər hansı qanlı olay bu dövlətin , bu millətin azadlıq və müstəqillik əzmini qıra bilməz.
Tədbirdə şəhər 4 saylı məktəb-liseyin və H.Əliyev Mərkəzinin Rəsm studiyasının üzvlərinin  Yanvar hadisələrini, eyni zamanda müstəqilliyə gedən böyük yolu əks etdirən rəsm əsərlərinin sərgisi və sənədli filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.

Keçidlər