Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın dağlıq Günəhir kəndində yeni tibb məntəqəsi istifadəyə verildi

30 dekabr 2015 | 16:00

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Lənkəran şəhərindən 35 kilometr aralıda yerləşən dağlıq Günəhir kəndində yeni tibb mənətəqəsi istifadəyə verilib.
Bu münasibətlə keçirilən açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli icra strukturlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbiri girş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin Günəhir ərazi vahidliyi üzrə nümayəndəsi Rüstəm Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dağlıq ərazilərdə yaşayan insanlara göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əvvəlcə tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara uzun ömür can sağlığı, firavan həyat arzulayıb.
İcra başçısı öz çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı olan respublika Prezidentinin diqqət və qayğısı sayəsində bu gün ölkəmizin hər yerində regionların sosial-iqtisadi inkişafı  Dövlət Proqramı çərçivəsində geniş tikinti-abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, parklar salınır, yeni məktəblər, xəstəxanalar, diaqnostika mərkəzləri,  ictimai binalar tikilir.
Rayonun bütün yaşayış məntəqələrində sosial problemlərin həlli üçün dövlət tərəfindən müvafiq tədbirlərin görüldüyünü və bu tip layihələrin mütəmadi xarakter daşıyacağını bildirən Taleh Qaraşov yeni tibb məntəqəsinin istifadəyə verilməsi münasibəti ilə yerli saklinlərə təbriklərini çatdırıb.
Bildirilib ki, daxili imkanlar hesabına inşa olunmuş 3 otaqdan ibarət tibb məntəqəsində, ultrasəs müayinə aparatı və digər lazımi avadanlıqlar quraşdırılıb.
Taleh Qaraşov kənd sakinlərinə həmişə sağlam olmağı, yeni tibb məntəqəsində çalışan səhiyyə işçilərinin isə onlara yüksək səviyyədə xidmət göstərmələrini arzulayıb.
Kənd ağsaqqalları öz növbələrində çıxış edərək onların sosial problemlərinin həllində göstətərilən köməyə görə Preziden İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Sonda icra başçısı Taleh Qaraşov ağsaqqalların iştirakı ilə tibb məntəqəsinin açılışını bildirən rəmzi lenti kəsib və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tibb məntəqəsinə baxış keçirilib.

Keçidlər