Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜNÜN TƏNTƏNƏSİ

07 oktyabr 2012 | 15:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə əzəmətli “Şah” sarayında bayram şənliyi keçirildi.
Şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova bayram münasibətilə bütün müəllimləri təbrik etdi, son illərdə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, yeni məktəb binalarının tikintisindən, qazanılmış uğurlardan söhbət açdı.
Sonra təbrik üçün söz Lənkəran təhsilinin himayədarı, Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova verildi. Bütün Azərbaycan ictimaiyyətinin Beynəlxalq Müəllimlər gününü bayram etdiyini vurğulayan İcra rəsmisi daha sonra qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə həmişə yüksək qiymət vermiş, onların sosial qayğılarını daim diqqət mərkəzində saxlamışdır. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Respublikamızın bütün guşələrində məktəb tikintisinə, elm və təhsilə xüsusi önəm verilir, Heydər Əliyev Fondu tərəfindən respublikamızın ən ucqar dağ kəndlərində yeni, müasir tələblərə cavab verən məktəb binaları tikilir.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin roluna yüksək qiymət verdi, təhsilimizin keyfiyyətinin ilbəil yaxşılaşdığını söylədi, növbəti illərdə bu uğurların daha da artırılımasını tövsiyə etdi.
İcra başçısı sonra təhsildə fərqlənən bir qrup müəllimə ŞİH-nin fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.
Daha sonra bir qrup müəllimə Şəhər Təhsil şöbəsinin fəxri fərmanları təqdim olundu.
Rayonumuzun incəsənət ustalarından Mətanət Babayevanın, Qabil Nəcəfovun, İlqar Əliyevin, Qoşqar Məmmədlinin və başqalarının ifasında səslənən şux, oynaq melodiyalar, 15 saylı uşaq bağçasının fidanlarının rəngarəng çıxışları tədbir iştrakçılarında xoş ovqat oyatdı.
 

Keçidlər