Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BAYRAM ŞƏNLİYİ KEÇİRİLDİ

30 dekabr 2015 | 16:00

Dekabrın 29- da    Lənkəranda  31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə ümumrayon bayram şənliyi keçirildi.
Lənkəran ŞİH -nin başçısı Taleh Qaraşov  şənlik iştirakçılarını təbrik edərək bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə  tarixdə ilk dəfə 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunmuş və həmin gün xalqımızın milli birlik günü kimi tarixə düşmüşdür. Eyni zamanda , Ümummilli Liderimizin dərin düşüncəsi ilə xaricdə diaspor hərəkatı formalaşdırılmış, bu hərəkatın  təşkilatlanmasına və möhkəmlənməsinə davamlı dövlət qayğısı göstərilmişdir. Bunun  üçün Dünya Azərbaycanlılarının Bakı şəhərində qurultayları keçirilmiş, dünyadakı həmvətənlərimizlə bağlı təşkilatların bir amal uğrunda  birləşməsi , vətən naminə çalışmaları istiqamətində əməli işlər görülmüşdür. Ulu Öndərin siyasətini uğurla davam etdirən  cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən həyati əhəmiyyətli işlər nəticəsində xalqımız üçün il-ildən uğurlu keçir.Yola saldığımız 2015-ci il də əvvəlki illər kimi xalqımız üçün çox uğurlu olmuşdur. Bütün sahələrdə yüksək nailiyyətlər qazanılmışdır. Hər yerdə dinamik inkişaf davam etmişdir. Əlbəttə ki, 2015-ci ildə lənkəranlılar üçün ən əlamətdar hadisə cənab Prezident İlham Əliyevin şəhərimizə növbəti səfəri olmuşdur. Şəhərimizin sakinləri hələ də bu səfərin xoş, ürəkaçan  təəssüratlarını yaşayırlar. Bu səfər zamanı cənab Prezidentin özünün şəxsi təşəbbüsü və tapşırığı ilə  əsaslı təmir olunmuş möhtəşəm şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan Sarayının, Liman- Nərimanabad- Balıqçılar magistral avtomobil yolunun, Lənkəran Şəhər 120 yerlik Körpələr evi - uşaq bağçasının açılışlarında iştirak etməsi,  insanlarla mehriban, səmimi görüşləri cənab Prezidentin Lənkəranın tarixinə, mədəniyyətinə, burada yaşayan vətənpərvər insanlara dərin hörmət və ehtiramının parlaq nümayişi oldu. Şəhərimizin inkişafı üçün görülən bu möhtəşəm işlər hər bir lənkəranlıda daha uğurlu sabahlara böyük inam və əminlik yaradır.
İcra başçısı daha sonra 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il bayramı münasibəti ilə hamını təbrik etdi , hər bir ailəyə firavan həyat , xoşbəxtlik və səadət arzuladı.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna  ŞİH-nin fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.
Bakıdan təşrif buyurmuş populyar müğənnilər - Elşad və Rəvan Qarayevlər, Elariz Məmmədoğlu, Yusif  Mustafayev, Əlikram Bayramov, Xatun,  “ Qismət” qrupu, eləcə də məşhur “Nənələr” folklor kollektivi, Cavad Rəcəbov və başqalarının  ifa etdikləri şux nəğmələr bayram şənliyinə xüsusi təravət gətirdi.
Şirniyyat stolu arxasında 3 saata yaxın davam edən tədbir hamıya xoş ovqat bəxş etdi.

Keçidlər