Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MƏCBURİ QAÇQIN VƏ KÖÇKÜN AİLƏLƏRİNƏ BAYRAM SOVQATLARI PAYLANILDI

28 dekabr 2015 | 16:00

Azərbaycan Respublikasının Auditorlar Palatası 15 ildir ki, Lənkəranda məskunlaşmış məcburi qaçqın və köçkün ailələri ilə müntəzəm əlaqə saxlayır. Palatanın rəhbərliyi milli və dövlət bayramlarında onlara baş çəkir, maddi və mənəvi yardım göstərir.
Dekabrın 28-də Auditorlar Palatası ənənəsinə sadiq qalaraq Lənkəranda məskunlaşan 70 məcburi qaçqın və köçkün ailəsinə ərzaq yardımı paylayıb. Lənkəran Auditor Təşkilatının direktoru Fəhrəddin Hüseynovun bildirdiyinə görə bu, Palatanın il ərzində keçirdiyi 2-ci yardım aksiyasıdır və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub. Onun sözlərinə görə, hər bir ailəyə verilən ərzaq məhsullarının – toyuq, un, kərə yağı, bitki yağı, şəkər tozu, qənd, düyü, çay, vermişel, makaron məmulatlarının ümumi dəyəri 40-45 manat təşkil edir. Bu qəbildən olan ailələrə həmçinin bayram hədiyyələri də verilib.
Bu münasibətlə keçirilən tədbirdə Lənkəran ŞİH başçısnın müavini – Sosial-iqtisadi  inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin  müdiri İlkin Rəhimov məcburi qaçqın və köçkün ailələrini İcra başçısı Taleh Qaraşovun adından təbrik edərək onların problem və qayğılarının daim ölkə rəhbərliyinin diqqət mərkəzində saxlandığını bildirib.
Auditorlar Palatası Maliyyə idarəsinin rəisi Vəli Rəhimov da onları bayramlar münasibətilə təbrik edib, ən xoş və səmimi arzularını çatdırıb.
Məcburi qaçqın və köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər