Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200-illik yubleyinə həsr olunmuş elmi-konfrans keçirildi

18 dekabr 2015 | 16:00

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Prezident cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200-illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən, Lənkəran şəhər İcra hakimiyyəti, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə elmi-konfrans keçirildi.Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva tədbirin əhəmiyyətindən danışdı.Bildirdi ki, “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.Hazırda Prezident cənab İlham Əliyev də bu ənənəni davam etdirir.Dövlət başçısının dastanın alman dilində nəşrinin 200-illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam göstərir ki, milli-mənəvi dəyərlər dövlət siyasətinin əsas mahiyyətini təşkil edir.Sonra Lənkəran Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, dossent, folklorşünas alim Yədulla Agazadə məruzə ilə çıxış edərək bildirildi ki, Prezident cənab İlham Əliyevin imzaladığı sərəncam əslində Azərbaycanın alman aliminə minnətdarlığının ifadəsidir.1815-ci ildən bu günədək müxtəlif alimlər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı bir çox işlər görülüb.“Kitabi-Dədə Qorqud” dastanının məzmununu, mənasını hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir.İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, xalqını, vətənini və müstəqil Azərbaycanı da bir o qədər çox sevəcəklər.Bu, bizim xalqımızın çoxəsrlik tarixində yeni bir mərhələdir.“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının ən qədim mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsi olaraq həmişə aktualdır.Daha sonra Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin ədəbi məsləhətçisi Agamir Cavad çıxış edərək vurguladı ki, “Kitabi-Dədə Qorqud” dastanı bir məkanla məhdudlaşmır.Dastan təkcə türk xalqlarının abidəsi deyil, dünya miqyasında mühüm abidədir.“Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq aləmdə təbliğidir.Digər çıxış edənlər də dastanla bağlı həyata keçirilən layihələrin davamlı olmasını, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqedən danışıb, qorqudşünaslığın tarixi və gələcəyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün dünyada silsilə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.Sonda tədbir iştirakçıları “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” mövzusunda filmə baxdılar.

Keçidlər