Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Dövlət Dram Teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub

16 dekabr 2015 | 16:00

Dekabrın 16-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı yazıçı Bəhram Beyzayinin "İlan Sultan" əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.
         İki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edən səhnə əsərinin quruluşunu İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.
       Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və aparat üzvlərinin, həmçinin şəhər ictimaiyyətinin böyük maraqla izlədikləri tamaşada  əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa ediblər.
     Qeyd edək ki,  ki, Lənkəran Dövlət Dram Teatrı yanvar ayında İranda keçiriləcək beynəlxalq Fəcr festivalında iştirak edəcək. Teatr "İlan Sultan" tamaşası ilə azərbaycanlıların yaşadığı Təbriz, Urmiya, Ərdəbil şəhərlərində də çıxış edəcək.

Keçidlər