Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

11 dekabr 2015 | 16:00

09 dekabr 2015-ci il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin xatirəsinə  həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı  anım tədbiri keçiril mişdir. İiştirakçılar öncə Ulu Öndərin büstünü ziyarət etmiş ,onun ictimai –siyasi fəaliy yətini əks etdirən ekspozisiya və sənədli filmlə tanış olmuşlar.Tədbirdə Mərkəzin direktoru S.Şəfiyeva və baş mühafiz A.İbrahimova H.Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı titanik xidmətlərindən danışmişlar. Qeyd olunmuşdur ki,bəşər tarixində bir çox şəxsiyyətlərin  həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunda müstəsna rol oynayıb. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir.
     Tədbirdə  bir mənalı olaraq vurğulanmışdır ki,   Ümummilli Lider Heydər Əliyevin ilk hakimiyyətdə olduğu 1969–1982–ci illər Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil etmişdir. Bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır.
        Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 
Ulu Öndərin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir. Həyata keçirilən düzgün və düşünülmüş siyasət nəticəsində ölkəmizin beynəlxalq imici də getdikcə yüksəlmiş və möhkəmlənmişdir.Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır.

Keçidlər