Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “HEYDƏR ƏLİYEV-MİLLİ TƏRBİYƏ VƏ TƏHSİL NƏZƏRİYYƏSİ”NƏ HƏSR OLUNMUŞ DİALOQ KEÇİRİLMİŞDİR

06 oktyabr 2012 | 15:00

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində “Heydər Əliyev – milli tərbiyə və təhsil nəzəriyyəsi” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Humanitar Kollecinin tarix müəllimi Qətilə Şükürova açmışdır. Q.Şükürova çıxışında müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, fenomen şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladaraq, Ulu Öndərin hakimiyyətə gəldiyi ilk vaxtlardan böyük diqqət verdiyi sahələrdən birinin məhz təhsil olduğunu xüsusi vurğulamışdır.
Natiq daha sonra qonaqları yenidənqurma və əsaslı təmir işlərindən sonra Heydər Əliyev Mərkəzində keçirilən ilk tədbirin iştirakçısı olmaları və Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik etmiş, Mərkəzin yenidən əsaslı surətdə təmir olunaraq istifadəyə verilməsində zəhməti olan insanlara, o cümlədən Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşova iştirakçılar adından dərin minnətdarlığını bildirmişdir.
Dialoq şəklində hazırlanan tədbirdə beş məsələ - milli maraq fəlsəfəsinin aşılanması, vətənpərvərlik tərbiyəsi, milli tərbiyənin əsas məzmunu, milli ideologiya prinsiplərinin təhsil müəssisələrində tədrisi, təhsilin millətin tarixinə, mənəviyyatına və ənənələrinə uyğun qurulması məsələləri müzakirə olunmuşdur.
Məktəb direktorları müzakirə olunan məsələlərə öz münasibətlərini bildirmiş, bununla bağlı təhsil müəssisələrində görülən işlərdən, qarşıda duran ən ümdə vəzifələrdən danışmışlar.
Tədbiri Heydər Əliyev Mərkəzinin rəhbəri Seyidzadə Cavadova yekunlaşdırmışdır.


 

Keçidlər