Lənkəranda Beynəlxalq Əlillər Günü qeyd olundu
3 dekabr Beynəlxalq Əlillər Günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da geniş qeyd edildi.
Həmin gün Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə Mərkəzin foyesində əlillərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov bütün əlilləri İcra başçısı Taleh Qaraşovun adından salamladıqdan sonra bildirdi ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin daha çox həssas təbəqəsinin ehtiyaclarına diqqətin cəlb edilməsidir.Azərbaycanın müstəqilliyi uğrunda sağlamlıqlarını itirənlərin, Böyük Vətən Müharibəsi, 20 Yanvar, Qarabağ Müharibəsi , Çernobl əlillərinin, fiziki cəhətdən əlilliyi olan insanların qayğıları daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.Regionlarda əlillər üçün tikilən çoxmərtəbəli yaşayış binaları bunun bariz nümunəsidir.Lənkəranda 2006-cı ildə Əlillərin Bərpa Mərkəzi fəaliyyətə başlamış, həyat şəraitinin yaxşılaşdırılması üçün 90 nəfər əlil mənzillə təmin olunmuş, 10 nəfər əlil üçün isə fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.
Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Maarif Bayramov əlilləri təbrik etdikdən sonra onlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. O, bildidirdi ki, hazırda Lənkəranda 14.107 nəfər fiziki sağlamlıqlarını itirən vətəndaş var.Onlardan bir qismi ünvanlı sosial yardım, digər qismi isə əmək pensiyası alır.Bayramla əlaqədar poçt vasitəsi ilə 221 nəfərə tərəfimizdən maddi yardım göndərilmişdir. Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə 5 nəfər əlil göndərilmiş, 9 nəfərə xüsusi nəqliyyat verilmişdir.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bir qrup əlilə maddi yardım,eyni zamanda,Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsi tərəfindən birinci qrup əlil Nəsirov Mahir Sayad oğluna əlil arabası verildi.
Sonda tədbir iştirakçıları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.