Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual oyunu keçirilmişdir

08 dekabr 2015 | 16:00

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyununun  seçim turlarına start verilmişdir. İlk olaraq 26 noyabr tarixdə Lənkəran şəhər 5 saylı tam orta məktəbdə start götürən yarış daha sonra 30 noyabr tarixdə şəhər 8 saylı tam orta məktəbində təşkil edilmişdir. Yarışın davamı kimi  dekabr ayının 2-də şəhər 4 saylı  məktəb-liseydə və Lənkəran Dövlət Humanitar Kollecində  “Xəmsə” Milli İntellektual Oyunu təşkil edilmişdir. Şəhər 4 saylı  məktəb-liseydə keçirilən yarışın nəticələrinə əsasən I yerə 1600 xalla “Simferopol”, II yerə 1200 xalla “Black Star”, III yerə isə 300 xalla “İrregular” komandaları və Lənkəran Dövlət Humanitar Kollecində keçirilən yarışda isə I yerə 100 xalla “AZENN”, II yerə 3100 xalla “İdrak”, III yerə isə 5100 xalla “Zirvə” komandaları layiq görülmüşdür. “Xəmsə” Milli İntellektual Oyunlarının rayonun ümumtəhsil  məktəblərində seçim turları uğurla davam etdirilir. Yarışın keçirilməsində əsas məqsəd gənclərin  intellektual inkişafının artırılmasına yardım göstərmək, onların intellektual potensialını formalaşdırıb üzə çıxarmaq və cəmiyyətə   sağlam düşüncəli gənclərin təqdim edilməsindən ibarətdir.

Keçidlər