Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yaşıllaşdırma işləri genişlənir

23 noyabr 2015 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının yaşıllaşdırma aylığı ilə bağlı məlum sərəncamına əsasən şəhərdə, rayonun qəsəbə və kəndlərində kütləvi ağacəkmə tədbirləri ilə bağlı iməciliklər geniş vüsət alıb.
Noyabrın 21-də keçirilən iməciliklərdə rayon üzrə yüzlərlə könüllü ağac əkininə çıxmış və 2 mindən çox müxtəlif növ ağac əkilmişdir. Şəhərin park və bağlarında, Heydər Əliyev prospekti boyunca, küçələrin, magistral yolların kənarında Hava limanına gedən yolda, qəsəbə və kəndlərdə yerləşən təhsil, səhiyyə və mədəniyyət obyektlərinin ətrafında tikanlı kollar, alaq otları təmizlənərək yerində küknar, şam, palıd, dəmir ağacı, çinar, akasiya, palma və meyvə ağacları əkilmiş,  dayaqlarla bərkidilmişdir.
Yeni salınmış hallabon sitrus bağı ətrafında küləkdən müdafiə məqsədilə küknar ağacları əkilmişdir.
   Aylıq çərçivəsində indiyədək 8000-dən çox ağac əkilmişdir. Rayonda ağac əkini kampaniyası davam edir.

Keçidlər