LƏNKƏRANDA ZONA MÜŞAVİRƏSİ KEÇİRİLİB
Azərbaycan Respublikası Təhsil nazirinin 27 oktyabr 2015-ci il tarixli 1024 nömrəli əmri ilə yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılmasına və vətəndaşların müraciətlərinə baxılmasına dair zona müşavirələrinin keçirilməsi tapşırığı verilmişdir.
Cənub bölgəsi üzrə müşavirə 19 noyabr 2015-ci il tarixdə Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində keçirilmişdir.
Müşavirədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından 100 nəfər təhsil işçisi iştirak etmişdir.
Zona müşavirəsində təhsil müəssisələrində kargüzarlıq işlərinə dair lazımi tövsiyə və məsləhətlər verilmiş, vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Müşavirənin işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Murad Qasımov, Təhsil Nazirliyinin əməkdaşları Elmir Həsənov, Rövşən Ağayev, Şahin Quluzadə və Seymur Mirişov iştirak etmişlər.